6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür.
Milli televiziya və radio ənənələrimizin yaşadılmasına, informasiya məkanımızın inkişafına, milli kimliyimizin və mədəni irsimizin təbliğinə, həqiqətlərimizin geniş auditoriyaya çatdırılmasına töhfə verən bu sahənin bütün əməkdaşlarının əməyi müstəsna dəyər daşıyır.
Bu əlamətdar gün münasibətilə illərdir efirdən xalqımıza səslənən, sözü və peşəkarlığı ilə cəmiyyətə xidmət edən bütün televiziya və radio əməkdaşlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və məsuliyyətli fəaliyyətlərində nailiyyətlər arzulayırıq!
Bayramınız mübarək!