27 sentyabr ölkəmizdə Anım Günü qeyd olunur.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirəm.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun qəhrəmanlığı nəticəsində tarixi ədalət bərpa olundu.
Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və müharibə iştirakçılarına cansağlığı arzulayıram.