Tural Həmid yenə yarımçıq tarixi biliyi ilə ətimizi tökməyə davam edir. Adamın dediyi hər şey səhvdi. Əvvəla ondan başlayaq ki, Fransada dünyəvi təhsil sistemi 1881–82-ci illərin Ferri qanunlarına və 1886-cı il Qoble qanununa əsaslanır. Bu qanunların şagirdlərə dəxli yoxdur, qanunlar müəllimləri və tədris proqramlarını dünyəviləşdirmişdi. 1905-ci il qanunu kilsə ilə dövləti bir-birindən ayırmışdı, yenə uşaqlara heç bir dəxli yoxdu. 1989-cu ildə hicab məsələsi ilk dəfə gündəmə gələndə, Dövlət Şurası (Conseil d'État) qərara aldı ki, şagirdlərin dini simvollar daşıması özlüyündə "laïcité" (dünyəvilik) prinsipi ilə ziddiyyət təşkil etmir və bununla da ümumi qadağa qoyulmağı məsələsi də vızqırtdı:
conseil-etat.fr/jadefile/avi…
Fransa Təhsil Nazirliyi də bu vəziyyəti hələ də "2004-cü ildən əvvəlki hüquqi vəziyyət" kimi təsvir edir:
education.gouv.fr/media/1945…
Qadağa yalnız 2004-cü ildə qəbul edilmiş qanunla tətbiq olundu. Hətta Fransa solunun əsas beyin mərkəzi olan "Fondation Jean-Jaurès" (Jean-Jaurès Fondu) belə, 2004-cü il qanununu Dövlət Şurasının yanaşmasını tamamilə dəyişən və əksinə çevirən bir addım kimi səciyyələndirir:
jean-jaures.org/publication/…
Yəni Fransadakı respublikaçılıq ənənəsi bir əsrdən çox idi ki, şagirdlərin dini simvollardan istifadə etməsinə icazə verirdi. Ümumiyyətlə, Fransanın dövlət məktəblərində heç vaxt məcburi vahid forma olmayıb:
publicsenat.fr/actualites/ed…
Makron 2024-cü ildə məktəbli forması ilə bağlı sınaq layihəsinə başlayanda, buna əsasən sağçı bələdiyyələr qoşulmuşdu. Amma SOLÇU müəllimlər həmkarlar ittifaqı olan "SUD Éducation" isə "uşaqlar məktəbə məxsus deyil" şüarı ilə buna qarşı çıxmışdı:
sudeducation.org/wp-content/…
Ümumiyyətlə, Turalın Fransadan nümunə gətirməsi cığalçılıqdır. Topçubaşov adına sirkin klounu hicab qadağasını bizə Əliyev və Fransa inqilabı arasında mənəvi bağ kimi sırımağa çalışsa Azərbaycanın miras aldığı məktəbli forması ənənəsi Fransa respublikaçılığına deyil, çar dövrü gimnaziyalarına və Sovet məktəbinə gedib çıxır.
Belə ki, Prussiya 1763-cü il məktəb nizamnamələri məcburi dövlət təhsilinin əsasını qoymuşdu və bu ciddi nizam-intizama əsaslanan, standartlaşdırılmış kütləvi təhsil modeli dünyada geniş şəkildə nümunə götürüldü. Həmçinin, onun hərbi formaları başqa yerlərdə tətbiq olunan məktəb formaları üçün bir nümunəyə çevrildi. Rusiya İmperiyasının 1830-cu illərə aid gimnaziya formaları da bu militarist köklərə əsaslanırdı. Ordan Sovetə, Sovetdən də Azərbaycana. Təsadüfi deyil ki, sosial mediada vahid forma "Tək geyim, tək ürək, tək bayraq" tipli Heydərjügend şüarları ilə müşaiyət edilir. (Bu arada, Almaniyada da vahid forma yoxdur)
BMT-nin Uşaq Hüquqları Konvensiyasının 14-cü maddəsi dövlətlərin üzərinə uşağın din azadlığına, eləcə də onun inkişaf edən qabiliyyətlərinə uyğun olaraq valideynlərin onu yönləndirmə hüququna hörmət etmək öhdəliyi qoyur; həmçinin, dini etiqadın ifadə edilməsinə yalnız qanunla nəzərdə tutulduğu və zəruri olduğu hallarda məhdudiyyət qoyulmasına icazə verir. Qısası, bu maddə dövlətə uşağın adından qərar verərək, onun baş örtüyünün valideynlərin seçimi olduğunu əsas gətirmək və həmin örtüyü çıxartmaq səlahiyyəti vermir. 309 nömrəli qərarda isə məhdudlaşdırılan məsələnin nə olduğu belə qeyd olunmur. 2-ci (ayrı-seçkiliyə yol verilməməsi), 3-cü (uşağın mənafelərinin üstünlüyü) və 28-ci (təhsil hüququ) maddələr də eyni söhbətdən danışır. BMT-nin din azadlığı üzrə xüsusi məruzəçisi 2006-cı ildə müəyyən etmişdi ki, Fransa qanunvericiliyi dini rəmz taxmağı sərbəst şəkildə seçmiş yetkinlik yaşına çatmayanları öz hüquqlarından məhrum edir:
digitallibrary.un.org/record…
"Bikramjit Singh Fransaya qarşı" (2012, CCPR/C/106/D/1852/2008) işində BMT-nin İnsan Hüquqları Komitəsi müəyyən etmişdi ki, 2004-cü il qanununa əsasən siqh şagirdin xaric edilməsi onun öz dinini yaşamaq azadlığını pozub. Bizdəki hicablı uşaqlar kimi, Bikramjit də 3 həftə boyu sinif otağı yerinə məktəbin bufetində dərs oxumağa məcbur edilib. Azərbaycan da həmin ICCPR paktını imzalayıb.
Turalın iddia etdiyinin əksinə, bəzi uşaqları məktəbə alan, bəzi uşaqları kənarda qoyan məktəb "hamı üçün əlçatan" (universal) sayıla bilməz. Bunun üçün solçu olmağa ehtiyac yoxdur, MƏNTİQ İSTİFADƏÇİSİ olmaq yetərlidir. Hətta onun cığallıqla nümunə gətirdiyi Fransa belə, 2004-cü il qanununa Azərbaycanda mövcud olmayan qoruyucu mexanizmlər daxil etmişdi: istənilən intizam icraatından əvvəl məcburi dialoq mərhələsi və məktəbdən kənarlaşdırılan şagirdlərin başqa bir məktəbə və ya dövlət tərəfindən təşkil olunan distant təhsil proqramına cəlb olunması öhdəliyi var idi. Azərbaycanda isə qızlar nəinki məktəbin qapısından geri qaytarılırlar, hətta distant təhsil proqramı təşkil edən aktivisti basıb DTX-ya aparırlar.
Tural yatıb-durub solçuluqdan, marksizmdən danışmağı sevir. Amma bir şey barədə soxub oturub ki, bu qaydalar dövlət məktəblərinə şamil olunur. Yəni burda sinfi bir məsələ də var. Emin Ağalarovun Landausunda oxuyanlara aid deyil yəni bu qadağa. Uşaqlarını özəl məktəbdə oxutmağa imkanı çatan ailələrin necəsə bir çıxış yolu var, amma daha kasıb dindar ailələrin belə bir imkanı yoxdu. Ən az seçimi olan insanların ən çox əziyyət çəkdiyi bir addımı solçuluq adından müdafiə etmək üçün gərək əlifbanı götbaş öyrənəsən.
"Bu nişan uşağın seçimi yox, ailənin qərarıdır" söhbəti də çöldən güclü görünə bilər. Amma bu hallardan əmin olmaq mümkün deyil. Bir videoda direktorla mübahisə edən valideyn deyir ki, qızını məcbur etməyib, əksinə, qızı yalvarıb ki, ona da hicab alsınlar. Uşaqlar nümunə götürdükləri insanları təqlid edirlər. Hər bir uşaq dili, inancı və ya musiqi zövqünü məhz bu yolla mənimsəyir. Uşaq vaxtı mənə heç kim "oruc tut" deməmişdi. Böyüklərin tutduğunu görürdüm, mən də təkrarlamaq istəyirdim. Uşağın ən təbii instinkti rol model gördüyü insanları təkrarlamaqdır. Atasının zırıltı ayaqqabısını geyinən oğlan uşağı, anasının kosmetika qutusunu götürən qız uşağı kimi.
Əgər məcburiyyət varsa belə qadağa bunu həll etmir. Evdə örtünməyə məcbur edilən bir qız həm evdə, həm küçədə, həm də məsciddə örtünməyə davam edir. Qadağa onun əlindən yalnız məktəbi alır. O məktəb ki, başqa oğlan və qızlarla, müəllimlərlə və fərqli fikirlərlə qarşılaşa biləcəyi, gələcəkdə öz seçimini edə biləcəyi o yeganə yerlərdən biridir. Əgər uşağın müstəqilliyini və öz seçimini etmək hüququnu qorumaq istəyirsinizsə, onun məktəbdə qalmasını təmin etməlisiniz.
Azərbaycanın İslamçı, radikal ekstremist valideynlərinə baxın: qızlarını oğlanlarla yanaşı oturmaları, dünyəvi tədris proqramı üzrə oxumaları və kişi müəllimlərdən dərs almaları üçün qarışıq tərkibli dövlət məktəbinə göndərirlər. Bu məktəb qapısından ağladılaraq geri qaytarılan qızlar, məhz dünyəvi sistemdə qalmağı seçən ailələrdən gəlirlər. Həqiqi İslamçı ata guya qızını hansısa axundun yanına qeyri-rəsmi dini təhsilə göndərməyi bilmir? Həqiqi radikal ata bacarmır öz qızını evdə saxlamağı? Bu qadağa həmin ailələrə göstərir ki, onların etdiyi güzəştlər kifayət deyil. Radikalizmlə mübarizə məqsədi daşıyan bu osturaqçı siyasət, sonda mülayim mövqedə olanları cəzalandırmış olur.
Və nəhayət- bunu da mırta deyim - Mövlanaya aid etdiyi sitat belə səhvdir. Həmin söz Rumidən 170 il əvvəl əvvəl yaşamış Əbu Səid Əbülxeyrə aiddir (
islamveihsan.com/hz-mevlanan…).
Sual bağlandı.